• Bakı 26° C

    9.64 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Azərbaycan banklarının xalis xarici aktivləri artıb

İQTİSADİYYAT

27 Iyun 2025 | 10:00

Azərbaycan banklarının xalis xarici aktivləri artıb

Bu ilin iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 29 milyard 791,2 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3 %, ilin əvvəli ilə müqayisədə 12 %, ötən ilin iyunun 1-nə nisbətən isə 18,4 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 18 milyard 514,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,3 % çox, ilin əvvəli ilə müqayisədə 6,9 %, ötən ilin eyni dövrünə nisbətən isə 5,9 % azdır.

Azərbaycanda 22 bank fəaliyyət göstərir.


SON XƏBƏRLƏR

26 Iyun 2025