• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Macarıstan bu bəndi blokladı

DÜNYA

26 Iyun 2025 | 22:40

Macarıstan bu bəndi blokladı

Avropa İttifaqı Sammitində qəbul olunacaq yekun bəyanatda Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarının başlanmasına dəstək verən bənd Macarıstan tərəfindən bloklanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Şurasının Ukrayna ilə bağlı müzakirələrdən sonra yaydığı məlumatda və sammitin yekun sənədinin layihəsində qeyd olunub.

“Yekun bəyanat layihəsi Aİ-yə üzv olan 27 ölkədən 26-sı tərəfindən tam dəstəklənib. Avropa Şurası bu məsələyə növbəti görüşdə yenidən qayıdacaq”, – sənəddə bildirilib.

Qeyd edək ki, Macarıstan daha öncə bəyan etmişdi ki, heç bir halda Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026