• Bakı 23° C

    0.26 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Saçlarını boyayanların NƏZƏRİNƏ: Bu xəstəliklər...

CƏMİYYƏT

28 May 2025 | 11:00

Saçlarını boyayanların NƏZƏRİNƏ: Bu xəstəliklər...

Saç boyalarının sağlamlığa təsiri, xüsusilə də qan xəstəlikləri ilə əlaqəsi uzun illərdir tədqiqatçıların diqqətindədir.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, 1980-ci ildən əvvəl istehsal olunan saç boyalarının tərkibindəki ammonyak, paraben və digər kimyəvi maddələr sağlamlıq üçün təhlükə yarada bilər.

İzah edilib ki, həmin dövrün məhsulları bəzi heyvan təcrübələrində kanserogen təsir göstərib və bu səbəbdən sonrakı illərdə daha təhlükəsiz formulalar üzərində işlənməyə başlanılıb.

Bu gün istifadə olunan yeni nəsil saç boyaları əvvəlkilərlə müqayisədə daha az riskli hesab olunsa da, saç boyama tezliyi və müddəti hələ də mühüm amil sayılır.

Qeyd olunub ki, uzun müddət və tez-tez saç boyasına məruz qalmaq, xüsusilə hər iki həftədən bir istifadə lösemi və limfoma kimi hematoloji xərçənglərin yaranma ehtimalını artıra bilər.

Riskin azaldılması üçün saçların daha uzun fasilələrlə, yəni hər 2-3 aydan bir boyanması tövsiyə olunur. Kimyəvi tərkibi az olan, mümkün qədər üzvi və açıq rəngli boyalara üstünlük verilməsi də sağlamlıq baxımından daha uyğun sayılır.

Tünd rəngli boyalarda kanserogen maddələrin daha çox olma ehtimalı olduğu üçün bu fakt da nəzərə alınmalıdır.

Statistik məlumatlara görə, qadınların təxminən 70%-i saçların boyanmasına 18 yaşından başlayır. Kişilərdə isə bu nisbət əsasən 40 yaşdan sonra 10% olur.

Saç boyama vərdişlərinə daha gec yaşda başlamaq və təbii tərkibli məhsullara üstünlük vermək uzunmüddətli sağlamlıq üçün daha etibarlı yanaşma kimi qiymətləndirilir.

Vurğulanıb ki, bu sahədə araşdırmalar hələ də davam edir və nəticələr tam olaraq yekdil deyil.

Bəzi elmi işlər saç boyalarının risk yaratdığını göstərsə də, bəziləri ciddi təhlükə olmadığını bildirir.

Buna baxmayaraq, ehtiyatlı olmaq və saç boyama tezliyini azaltmaq, həmçinin daha təhlükəsiz alternativlər seçmək tövsiyə olunur.

Mina Mikayılova


SON XƏBƏRLƏR