• Bakı 22° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Bərdədə qida zəhərlənməsi iddiası ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

26 Iyun 2025 | 20:31

Bərdədə qida zəhərlənməsi iddiası ilə bağlı AÇIQLAMA

Bəzi xəbər saytlarında Bərdədə iki nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasında ilkin diaqnoz kimi, həmin pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu qoyulsa da, sonradan qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb.

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.


SON XƏBƏRLƏR

26 Iyun 2025