• Bakı 22° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

CƏMİYYƏT

26 Iyun 2025 | 20:57

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, vətəndaşlar arasında aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 1 ədəd avtomatı və həmin silaha məxsus 39 ədəd patronu, eləcə də 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 


SON XƏBƏRLƏR

26 Iyun 2025