• Bakı 10° C

    9.19 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Əsədin atasının məzarından qalıqlarını çıxardılar - VİDEO

DÜNYA

28 Aprel 2025 | 19:42

Əsədin atasının məzarından qalıqlarını çıxardılar - VİDEO

Naməlum şəxslər Suriyanın keçmiş prezidenti Hafiz Əsədin Latakiya əyalətinin Qardaha şəhərində məzarından qalıqlarını çıxarıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

“Bazar ertəsi sosial şəbəkələrdə fəallar keçmiş prezident Hafiz Əsədin məzarının eksqumasiyasını əks etdirən fotoşəkillər və videolar yayıblar”, - məlumatda deyilir.

Telekanalın qeyd etdiyi kimi, yayımlanan videogörüntülərdə məzarın təhqir edilməsini Latakiyada fəaliyyət göstərən silahlı qruplaşmaların üzvü olan hərbi geyimli şəxslər həyata keçirir.

Qeyd edək ki, Hafiz Əsədin məzarı ikinci dəfədir ki, vandalizmə məruz qalıb. Daha öncə 2024-cü ilin dekabrında, devrilmiş Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etməsindən bir neçə gün sonra baş vermişdi.


SON XƏBƏRLƏR