• Bakı 10° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Gənclər arasında insult halları niyə artır?- HƏKİM CAVABI

CƏMİYYƏT

28 Aprel 2025 | 14:58

Gənclər arasında insult halları niyə artır?- HƏKİM CAVABI

Bütün dünyada gənclər arasında insult hallarının sayı artmaqdadır. Lakin bu artım təkcə həyat tərzi amilləri ilə deyil, həm də diaqnostika keyfiyyətinin yüksəlməsi ilə bağlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həkim- nevroloq Sebastian Amerisin "Infobae" nəşrinə verdiyi müsahibədə danışıb.

İnsult — beyində qan dövranının kəskin pozulmasıdır və bu zaman beyin toxumaları zədələnir. İnsultun növündən asılı olaraq orqanizmdə fərqli proseslər baş verir:

İşemik insult zamanı damarlar trombla tıxanır və beyinə qan axını tədricən azalır.

Hemorragik insult isə damarın partlaması və beyin toxumasına qan sızması nəticəsində baş verir, bu da qan təchizatının qəfil dayanmasına səbəb olur.

Doktor Amerisin sözlərinə görə, insultun ənənəvi risk faktorları- yüksək qan təzyiqi, siqaret çəkmə, şəkərli diabet və qanda xolesterin səviyyəsinin artması- bu gün gənclər arasında daha tez-tez müşahidə olunur. Lakin eyni zamanda müasir diaqnostika metodlarının təkmilləşməsi və daha geniş əlçatan olması da aşkarlanan insult hallarının artmasına təsir edir.

Nevroloq əlavə edib ki, insultların yayılma tezliyi müxtəlif ölkələrin ekoloji və sosial-iqtisadi şəraitindən, eləcə də əhalinin sayından asılı olaraq dəyişir və bu sahədə daha dərin tədqiqatlara ehtiyac var. Bununla belə, müasir həyat tərz- yüksək stress, aşağı fiziki aktivlik- bu təhlükəli damar patologiyasının əsas səbəbləri arasında göstərilir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR