• Bakı 25° C

    0.66 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Oğuzun bir neçə kəndində qaz olmayacaq

CƏMİYYƏT

28 May 2025 | 10:02

Oğuzun bir neçə kəndində qaz olmayacaq

Oğuz rayonunun bir neçə kəndinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Kərimli kəndi ərazisində D=219 mm-lik yerüstü orta təzyiqli daşıyıcı qaz xətti üzərində ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Xaçmaz, Xaçmaz Qışlaq, Dəymədərə, Sincan, Tərkeş, Dəymədağlı, Böyük Söyüdlü və Qarabulaq kəndlərində ümumilikdə 2 244 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq.


SON XƏBƏRLƏR