• Bakı 10° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

İspaniya və Portuqaliyada elektrik verilişi dayandı - Nəqliyyat sistemi çökdü

DÜNYA

28 Aprel 2025 | 16:12

İspaniya və Portuqaliyada elektrik verilişi dayandı - Nəqliyyat sistemi çökdü

İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Madrid, Barselona, Sevilya, Portuqaliyanın isə Lissabon və Portu şəhərlərində işıqforlar da daxil bütün nəqliyyat sistemləri çöküb. 

İşıqforların işləməməsi isə tıxaca səbəb olub. Nəticədə qatarlar dayanıb, hava limanları və metro fəaliyyətini tamamilə dayandırıb.

İspaniyanın elektrik şəbəkəsi “Renfe”nin məlumatına görə, saat 12:30-da elektrik enerjisi kəsilib və bütün stansiyalarda qatarların xidməti dayanıb: “Problemin səbəbi hələ ki bəlli deyil. Elektrikin bərpası üçün hazırda şirkətlərlə iş gedir. Qısa zamanda vətəndaşlara məlumat veriləcək”. 


SON XƏBƏRLƏR