• Bakı 23° C

    0.31 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Qriqoryan: İrəvan və Bakı sərhədlərin delimitasiyası məsələsi üzrə dialoqu davam etdirir

DÜNYA

28 May 2025 | 15:10

Qriqoryan: İrəvan və Bakı sərhədlərin delimitasiyası məsələsi üzrə dialoqu davam etdirir

Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası məsələsi ilə bağlı dialoqu davam etdirir.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

"Sizə çatdırmaq üçün yeni xəbərlərim yoxdur. Sərhədin delimitasiyası və demarkasiyası üzrə bəzi işlər aparılır. Mən prosesi dalana dirənmiş hesab etmirəm, hər iki ölkə tərəfindən təsdiqlənmiş və daxili prosedurlardan keçmiş tam hüquqi bazamız var. Bu, işin davam etdirilməsi üçün çox vacibdir", - o bildirib.

M.Qriqoryanın sözlərinə görə, komissiyaların yeni görüşünün tarixi hələ müəyyən edilməyib.


SON XƏBƏRLƏR