Kanada iyulun 1-dən etibarən Avropanın yenidən silahlanması planına qoşulmağa hazırdır.
Bakıvaxtı.az "CBC" telekanalına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Mark Karni deyib.
O, ölkəsinin bu istiqamət üzrə bir sıra irəliləyiş əldə etdiyini açıqlayıb.
Qeyd edək ki, martın 19-da Avropa Komissiyası "Avropanın yenidən silahlanmas" adlı yeni müdafiə strategiyasını təqdim edib. Daha sonra sənədin adı bir sıra Aİ ölkələrinin etirazları nəticəsində "Hazırlıq 2030" olaraq dəyişdirilib. Strategiya dörd il ərzində təxminən 800 milyard avro cəlb etməyi nəzərdə tutur. Vəsaitlərin böyük hissəsinin Avropa dövlətlərinin büdcələrindən alınması təklif olunur (təxminən 650 milyard avro), daha 150 milyard avronun kreditlər şəklində istifadəsi planlaşdırılır. Həmçinin AK Aİ ölkələri üçün büdcə güzəştləri vermək, habelə regional inkişaf üçün nəzərdə tutulmuş vəsaitləri hərbi xərclərə yönəltmək niyyətindədir.
Gülşən Şərif