• Bakı 23° C

    0.31 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Türk fermer tarlaya “İrəvan Azərbaycandır” yazdı

DÜNYA

28 May 2025 | 14:45

Türk fermer tarlaya “İrəvan Azərbaycandır” yazdı

Türkiyənin Kırklareli vilayətinin Lüleburqaz rayonunda yaşayan fotoqraf və fermer Burak Tunçkol, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə tarlasına traktor və kotanla “İrəvan Azərbaycandır. Respublika Bayramın mübarək, Azərbaycan” sözlərini yazıb.

Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Tunçkol bildirib ki, bu yazını həm öz hisslərini, həm də 82 milyonluq Türkiyə xalqının qardaş Azərbaycana sevgisini ifadə etmək üçün yazıb:

"Azərbaycan bizim üçün tək millət, iki dövlətdir. Bizim tək qardaş ölkəmizdir".

O həmçinin qeyd edib ki, Azərbaycan Türkiyəyə Qurtuluş Savaşında, meşə yanğınlarında və 6 fevral zəlzələsində ilk yardım edən ölkə olub. Tunçkol İrəvanın tarixən Azərbaycan torpağı olduğunu xatırladaraq, bir gün Azərbaycanın yenidən bu torpaqlara sahib olacağına inandığını bildirib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR