• Bakı 23° C

    0.31 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Çin səfiri Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb

DÜNYA

28 May 2025 | 15:11

Çin səfiri Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb

Çin səfiri kritik infrastruktur obyektinə son kiberhücumla əlaqədar Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bununla bağlı Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Yan Lipavski "X" hesabında paylaşım edib.

"Mən Çin səfirini çağırdım ki, bu cür düşmənçilik hərəkətlərinin bizim ikitərəfli münasibətlərimiz üçün ciddi nəticələri var", - deyə Lipavski yazıb.

Çexiya hesab edir ki, Pekin 2022-ci ildən bəri Çexiya Xarici İşlər Nazirliyinin məxfi olmayan şəbəkələrindən birini hədəf alan zərərli kiber kampaniyanın arxasındadır. Hökumət Çinin hərəkətlərini pisləyib və bildirib ki, belə davranış Çin Xalq Respublikasının nüfuzuna xələl gətirir və onun ictimai bəyanatlarına ziddir.

Gülşən Şərif


SON XƏBƏRLƏR