• Bakı 23° C

    0.31 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Almaniya "Şimal axını 2" fondu ilə bağlı təhqiqatı dayandırır

DÜNYA

28 May 2025 | 15:05

Almaniya Şimal axını 2 fondu ilə bağlı təhqiqatı dayandırır

Almaniyanın Şverin şəhər prokurorluğu "Şimal axını 2" qaz kəmərinin həyata keçirilməsinə dəstək məqsədilə yaradılmış MV İqlim və Ətraf Mühitin Mühafizəsi Fondunun işi üzrə ibtidai istintaqı bağlayıb. 

Bakıvaxtı.az "NDR" teleradio şirkətinə istinadən xəbər verir ki, Şverin dövlət prokurorluğu çirkli pulların yuyulması, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya dələduzluqla bağlı heç bir sübut tapmayıb. 

İstintaq üçün əsas olmadığından fondla bağlı cinayət işinin başlanmaması barədə qərar qəbul edilib.

Qeyd edək ki, “MV İqlim və Ətraf Mühitin Mühafizəsi” ekoloji fondu 2021-ci ilin yanvarında Nord Stream 2 operatoru Nord Stream 2 AG-nin iştirakı ilə yaradılıb. Fond xüsusən qaz kəmərinin davamlı tikintisinə töhfə verməli idi. Bir neçə alman siyasətçisi fondun Rusiya və "Qazprom"un maraqlarından çıxış etdiyini iddia edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR