Azərbaycan Mətbuat Şurasında Jurnalist, yazıçı-publisist, "Bizimyol.info" saytının təsisçisi və baş direktoru Bahəddin Həzinin 60 illik yubileyi ilə bağlı toplantı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbiri giriş sözü ilə MŞ sədri Rəşad Məcid açaraq Bahəddin Həzini doğum günü münasibəti ilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Bahəddin Həzini diplomla təltif edib.
Tədbirdə həmçinin iştirak edənlər də çıxış edərək ona öz ürək sözlərini çatdırıblar.