• Bakı 10° C

    9.25 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Ukrayna atəşkəs tərəfdarıdır, Rusiya isə istəyir ki... - İndi top Avropa tərəfindədir

DÜNYA

28 Aprel 2025 | 16:52

Ukrayna atəşkəs tərəfdarıdır, Rusiya isə istəyir ki... - İndi top Avropa tərəfindədir

“Ukrayna istəyir ki, atəşkəs elan edilsin və daha sonra danışıqlara başlanılsın”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zaur Məmmədov "Bakivaxti.az"a açıqlamasında deyib.

Onun sözlərinə görə, ancaq Rusiya isə bunu qəbul etmir:

"Moskva bildirir ki, atəşkəsin qəbul edilməsi Ukraynanın güclənməsinə gətirib çıxaracaq. Onlar danışıqlarda əldə edilən nəticələrdən sonra atəşkəsin elan edilməsinə razı olduqlarını bildirirlər. Bu da Rusiya ilə Ukrayna arasında fikir ayrılığı deməkdir”.

Müsahibimiz deyib ki, burada aktivlər məsələsi də var. 300 milyard dollar vəsaitin aqibəti necə olacaq:

“Görünən odur ki, ABŞ, daha doğrusu Respublikaçılar Partiyası və onun rəhbəri Donald Tramp de-yure Krımı tanıyıb. De-fakto isə 4 vilayətin Rusiyanın tərkibinə daxil olmasını qəbul edib. Sanksiyaların gələcəkdə aradan götürülməsini istəyir. Ola bilsin ki, iyul ayından sonra Macarıstanın da iştirakı ilə Rusiyanın 300 milyard dollara yaxın aktivlər məsələsinə də aydınlıq gətirilsin”.

Politoloq hesab edir ki, əslində indi top Avropa tərəfindədir:

“Bildiyimə görə, Rusiyanın ABŞ-də aktivləri azdır. Avropa ölkələrində isə 200 milyard dollardan çoxdur. Hazırda həmin aktivlər dondurulub. Həmin aktivlər ya üçüncü aktivə köçürülməlidir, ya da ki, açılmalıdır. ABŞ-nin istəyi ondan ibarətdir ki, əgər onların maraqları çərçivəsində nəticə olarsa, aktivlərin açılması məsələsinə baxılacaq. Rusiyanın Ukraynaya təzminat ödəməsi də mümkündür. Əslində dəymiş ziyan üçün təzminat 600 milyarda yaxındır".

Zaur Məmmədov: Rusiyanın Ukraynaya təzminat ödəməsi də mümkündür

Analitik qeyd edib ki, Rusiya Ukraynanın hərbsizləşdirilməsinə nail olmaq istəyirdi:

"Lakin bu, alınmadı və Rusiya bunun əvəzində Ukraynanın NATO-ya daxil edilməməsi ilə bağlı Qərbdən razılıq aldı. Almaniya mətbuatı yazır ki, Rusiya Xerson vilayətinin bəzi kəndlərini Ukraynaya təhvil verməyə hazırdır. Zelenskinin geri çəkiləcəyi iddia olunurdu, amma Zelenski bugün hücum diplomatiyasından danışır. Ukrayna rəhbəri bildirir ki, heç bir ərazi mübadiləsindən, geri çəkilməkdən söhbət gedə bilməz. Amma Krım məsələsi müzakirə predmeti deyil. Danışıqlar predmeti Ukraynanın Şərqi və Cənub-şərqi əraziləri ilə bağlıdır".

Aydın Baxış


SON XƏBƏRLƏR