• Bakı 10° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Ədalət Partiyasında qarşıdurma

SİYASƏT

28 Aprel 2025 | 14:08

Ədalət Partiyasında qarşıdurma

Ədalət Partiyasında qarşıdurma, parçalanma yaşanır.

Bakıvaxtı.az xəbər verir ki, APA-nın məlumatına görə, bu gün tərəflərdən biri partiyanın Ali Məclisinin iclasının keçirildiyi barədə məlumat yayıb.

    Qeyd edilib ki, partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri Meydan Babayev gündəlikdə olan məsələləri elan etdikdən sonra qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi, qurultayın keçirilməsi üçün təşkilat komitəsinin yaradılması, partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflərdən bəhs edib və Ali Məclisin iclasının qərarı ilə Ədalət Partiyasının qurultayının mayın 31-də keçirilməsi müəyyənləşib.

    İclasda partiya sədrinin müavini Mütəllim Rəhimov nizamnaməyə zidd Ali Məclisin iclasını çağırmaqda, Ali Məclisin üzvü olmaya-olmaya iclası aparmaqda ittiham edilib, Siyasi Şurada Rəhimov Mütəllim Qara oğlunun Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunub.

    Xatırladaq ki, aprelin 19-da Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib ki, həmin gün partiyanın Ali Məclisi qurultayın 17 may tarixində keçirilməsi barədə qərar verib. Qurultayda partiyanın yeni sədri seçiləcək, rəhbər orqanlar müəyyənləşəcək.

    Baş verənlərə münasibət bildirən Mütəllim Rəhimli açıqlamasında deyib ki, Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Ali Məclis Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında qərar qəbul edib: “Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Bu hərəkətlər Nizamnaməyə ziddir. Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Bunların məni üzvlükdən çıxara bilməzlər. Həm də ki, partiya üzvü olmayan, qohum və dostlarını xahiş-minnətlə, yalvarışla toplayıb partiya adından “qərar” vermək əxlaqa və qanuna ziddir. Bu özfəaliyyətdir. Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var. Mən soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər. Rayon Təşkilatının isə belə bir qərarı yoxdur. Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir”.

    Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.


    SON XƏBƏRLƏR