İsrailin səhər saatlarından Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda 24 nəfər ölüb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Cəbəliyyədə yaşayış məntəqəsinə endirilən hava hücumu nəticəsində 10 ailə üzvü həlak olub. Həmçinin Cəbəliyyədəki daha bir ev hava hücumunda hədəfə alınıb və səkkiz ailə üzvü həlak olub.
Qeyd olunub ki, Xan Yunisdə bombalanmış evin dağıntıları altından dörd cəsəd çıxarılıb. Bundan başqa Xan Yunus şəhərinin qərbində çadır sığınacağına endirilən hava zərbəsi zamanı gənc qız aldığı yaralar nəticəsində həyatını itirib.
Üstəlik, bir körpə qızın da hava hücumu nəticəsində aldığı yaralardan öldüyü bildirilib.
Mina Mikayılova