Qazaxıstan və İtaliya Astanada keçirilmiş biznes forumunun yekunu üzrə ümumi məbləği 180 milyon avro olan 10 memorandum imzalayıblar.
Bakıvaxtı.az xəbər verir ki, imzalanmış sənədlər birgə investisiya fondunun yaradılmasını, “Digital Supply Chain 4.0” platformasının inkişafını, birgə risk sığortasını və ESG üzrə yol xəritəsini nəzərdə tutur.
Memorandumların bir hissəsi aqrar sahədə əməkdaşlığı özündə ehtiva edir - Qazaxıstan İtaliyaya orqanik məhsulların tədarükünü artırmaq istəyir.
2024-cü ildə Qazaxıstan və İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 19,9 milyard ABŞ dolları təşkil edib.