Karib dənizində qayıq tapılıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Sent Vinsent və Qrenadin adalarına bağlı Kanuan adasının sahillərində tapılan qayıqda 11 cəsəd aşkarlanıb.
Cəsədlərin şəxsiyyətinin təsbitinin davam etdiyi bildirilib. Qeyd olunub ki, cəsədlərin bəziləri tamamilə çürümüş vəziyyətdədir.
Həmçinin hadisə yerində Mali pasportlarının tapıldığı nəzərə çatdırılıb.
Mina Mikayılova