• Bakı 23° C

    0.31 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Putin: Yeni qlobal təhlükəsizlik arxitekturası bölünməz olmalıdır

DÜNYA

28 May 2025 | 14:00

Putin: Yeni qlobal təhlükəsizlik arxitekturası bölünməz olmalıdır

Rusiya prezidenti Vladimir Putin Moskvada başlayan Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndələrin 13-cü Forumuna videomüraciət göndərib.

Bakıvaxtı.az bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.

Forumun əhəmiyyətindən danışan Putin tədbirin əsas mövzusunun yeni qlobal təhlükəsizlik arxitekturasının qurulması olduğunu qeyd edib.

"Yeni qlobal təhlükəsizlik arxitekturası bərabər və bölünməz olmalıdır. Bütün dövlətlərin öz təhlükəsizliyi üçün təminatları olmalıdır. Amma bu təminatlar başqa ölkələrin təhlükəsizliyi və maraqları bahasına gəlməməlidir. Rusiya bu məsələyə prinsipial yanaşır və bu yanaşma dəyişməyəcək",- deyə Rusiya lideri qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR