• Bakı 10° C

    12.48 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

ANAMA-nın əməkdaşı Qazaxda minaya DÜŞDÜ - YENİLƏNİB

HADİSƏ

28 Aprel 2025 | 13:44

ANAMA-nın əməkdaşı Qazaxda minaya DÜŞDÜ - YENİLƏNİB

Aprelin 28-də saat 09:45 radələrində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədəTƏBİB-dən məlumat vertilib.

    "Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.

    ***

    13:09

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, işgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində 2025-ci il 28 aprel tarixində mina hadisəsi baș verib.

    ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, işgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində 2025-ci il 28 aprel tarixində mina hadisəsi baș verib.

      Agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.

      Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.


      SON XƏBƏRLƏR