Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının açılış mərasimində Xalq artisti Aygün Kazımova və türkiyəli məşhur müğənni Aleyna Tilki oxuyacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, mayın 21-i saat 19:00-da Milli Gimnastika Arenasında baş tutacaq açılışda hər iki müğənni iştirak edəcək.
Açılış mərasimindən sonra isə Azərbaycan – Bəhreyn matçı baş tutacaq.
Qeyd edək ki, dünya çempionatı 21 maydan iyunun 1-nə qədər Bakıda keçiriləcək.