• Bakı 19° C

    12.04 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

“Dedikləri mənə təsir etmədi” - Ayaz Salayev

ŞOU

25 May 2025 | 18:43

“Dedikləri mənə təsir etmədi” - Ayaz Salayev

“Onun “mən öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın” deməsi qətiyyən mənə heç təsir etmədi. Nə istəyirsə, qoy desin. Mənə xoşdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Manşet.az”a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanla bağlı açıqlamasında deyib.

O, bildirib ki, Xalq artisti Röya Ayxana hörmətlə yanaşır: 

“Mən artıq Röya ilə bağlı heç nə deməyəcəm. Röya çox gözəl qadındır. Mənim onunla problemim yoxdur”.

Xatırladaq ki, Ayaz Salayev Xalq artisti Röya Ayxanın “Kann” Film Festivalına qatılmasına münasibət bildirmişdi.

Bundan sonra Röya Ayxan instaqram hesabında video yayaraq A.Salayevin ünvanına sərt sözlər demişdi. 


SON XƏBƏRLƏR

25 May 2025
24 May 2025