“Kızılcık şerbeti” serialında canlandırdığı Görkəm obrazı ilə tanınan Özge Özacarın yeni layihəsi bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, aktrisa yeni sezona damğasını vuracağı gözlənilən “Bulutların üstünde” serialında baş rolu oynayacaq.
Ötən ilin sonunda Kanal D üçün hazırlanacağı bildirilən, lakin sonra Show TV-də yayımlanmasına qərar verilən serial Artvinin Hopa bölgəsində çəkiləcək.
Özge Özacarın tərəf müqabilinin kim olacağı da maraq mövzusuna çevrilib. “Bulutların üstünde” kişi baş rolu üçün son vaxtlar “Teşkilat”, “Kalpazan”, “Prens” kimi seriallarla ekranlara gələn Çağlar Ərtoğrul ilə görüşüldüyü bildirilib.