• Bakı 20° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

"Qızlar mənə nömrələrini verirlər"

ŞOU

17 Iyun 2025 | 20:43

Qızlar mənə nömrələrini verirlər

Əfsanəvi aktyor Arnold Şvartsenegger maraqlı etirafı ilə gündəmə gəlib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, 77 yaşlı Hollivud ulduzu zarafatla bildirib: "Əvvəllər idman zalında qadınlar yanıma gəlib nömrələrini verirdilər. Amma indi yaxınlaşıb deyirlər: 'Bu mənim nömrəmdir - Patrikə verərsən'".

Məlumata görə Arnoldun 31 yaşlı oğlu Patrik hazırda "Ağ Lotus" ("The White Lotus") serialının yeni mövsümündə rol alır və bu roldan sonra qadınların diqqəti tamamilə ona yönəlib.

Arnold deyib ki, Patrik əvvəllər yalnız "Terminatorun oğlu" kimi tanınmasından narahat idi: "Tez-tez deyirdi ki, verdiyi müsahibələrdə sualların əksəriyyəti mənim haqqımda olurdu. Amma indi vəziyyət dəyişib. Hətta bir jurnalist mənə yaxınlaşıb soruşdu: 'Patrik Şvartseneggerin atası olmaq necə hissdir?'"

Şvartsenegger fəxrlə əlavə edib: "Əgər oğlumun məni keçdiyini bilərək ölsəm, xoşbəxt olaram".

Qeyd edək ki, Patrik Arnoldun keçmiş həyat yoldaşı Mariya Şrayverdən olan dörd övladından biridir. O, yaxın vaxtlarda Al Paçino ilə birlikdə çəkildiyi "Billy Knight" filmində tamaşaçıların qarşısına çıxacaq. Arnold isə Netflix platformasında yayımlanan "FUBAR" serialının ikinci mövsümü ilə ekranlara qayıdıb.


SON XƏBƏRLƏR

17 Iyun 2025