İctimai Televiziya ilə rejissor Kənan MM arasında qalmaqal davam edir. Belə ki, Kənan növbəti dəfə telekanal barədə paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, Kənan MM fikirlərini sosial media hesabında bölüşüb:
“İTV-də baş verən hadisələr haqqında son paylaşımım
Əgər yazdıqlarım düz deyilsə, ən axmaq adam, ən murdar insan mənəm. Yox əgər düzdürsə, o zaman tam tərsi. İndi həqiqəti bilə-bilə, gözlərinizə baxa-baxa həyatınıza davam edin.
Və Allah şahiddir ki, heç nəyi fərdi alqılamıram”.
Qeyd edək ki rejissor Kənan Mahmudov İctimai Televiziya rəhbərliyini, televiziyanın baş direktoru Balakişi Qasımovu sərt şəkildə tənqid etmişdi.
Rejissorun iddiasına görə, iki il ərzində İctimai TV-də ona məqsədli şəkildə təzyiqlər göstərilib və bu dövr ərzində hüquqları kobud şəkildə pozulub.