• Bakı 25° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Tanınmış prodüser vəfat etdi

ŞOU

12 Avqust 2025 | 20:25 | Müəllif: Subhan Mahmudov

Tanınmış prodüser vəfat etdi

Hollivud seriallarının tanınmış prodüseri, "Emmi" mükafatı laureatı Maykl Klik 77 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, onun ölümünü qızı Keytlin təsdiqləyib.

O bildirib ki, atası Los-Ancelesdəki evində yuxuda ikən dünyasını dəyişib.

Maykl Klik karyerası ərzində iki "Emmi" mükafatına, eləcə də 10-dan çox digər nüfuzlu mükafata və nominasiyaya layiq görülüb.

O, "Homeland" və "24" seriallarının yaradıcılarından biri kimi tanınır. Bundan başqa, "The X-Files", "Prison Break", "Love and Death", "The Pretender" və "Pulse" kimi dünyaca məşhur layihələrin də prodüserliyini edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026