• Bakı 31° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Merilinin pasport fotosu bu qiymətə satıldı - Fotolar

ŞOU

15 Iyul 2025 | 00:55

Merilinin pasport fotosu bu qiymətə satıldı - Fotolar

Bostonda keçirilən hərracda Hollivud ulduzu Merilin Monronun 1954-cü ilə aid nadir fotosu 21 min dollara satılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RR Auction" məlumat yayıb.

Foto Monro və o dövrkü əri, beysbolçu Co Di Macionun bal ayına getməyə hazırlaşdığı zaman çəkilib. 29 yanvar 1954-cü ildə cütlük Yaponiyaya səyahət üçün San-Fransiskoda federal binaya gedib və pasport üçün sənədlərini təqdim edib. Lakin məlum olub ki, Merilinin lazım olan ölçüdə şəkli yoxdur.

Di Macio yaxınlıqdakı oyun avtomatları salonuna gedərək Monronun kiçik ölçülü bir neçə fotosunu çəkdirib və geri dönüb. Monro isə bu kiçik şəkillərdən birini sənədlərlə kömək edən məmura hədiyyə edib.

5×6 sm ölçüdə olan bu fotonun üzərində qırmızı mürəkkəblə "Cənab Boldsa təşəkkürlər və ən səmimi arzularımla, Merilin Monro və Di Macio" sözləri yazılıb.


SON XƏBƏRLƏR

14 Iyul 2025