• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Bavariya" öz meydanında qələbə qazandı

İDMAN

30 Mart 2025 | 00:40

"Bavariya" öz meydanında qələbə qazandı

“Bavariya” komandası Bundesliqanın 27-ci turunda öz meydanında “St Pauli” ilə qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Münxen təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

    Oyunda hesab 17-ci dəqiqədə açılıb. “Bavariya”nın ingilis legioneri Harri Keyn adını tabloya yazdırıb.

    Bu qoldan on dəqiqə sonra qonaqlar Elias Saadın sayəsində oyunda tarazlığı bərpa ediblər – 1:1.

    Görüşün 53-cü və 71-ci dəqiqələrində Leroy Sane “Bavariya”nı yenidən hesabda irəli çıxarıb.

    Əsas vaxta əlavə olunmuş hissədə “St Pauli”nin heyətində Lars Ritska bu qollardan birinin əvəzini çıxıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026