• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Məşhur sosial şəbəkə tamamilə BAĞLANIR

MULTİMEDİA

01 Mart 2025 | 00:16 | Müəllif: Subhan Mahmudov

Məşhur sosial şəbəkə tamamilə BAĞLANIR

ABŞ-nin "Microsoft" şirkəti 2025-ci ilin may ayında "Skype" xidmətini tamamilə bağlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "XDA Developers" portalı məlumat yayıb.

Bildirilir ki, son yeniləmədə istifadəçilərə "Teams" xidmətinə keçmələri tövsiyə olunur.

"Skype" may ayından etibarən əlçatan olmayacaq. Zənglər və çatlar üçün "Teams"dən istifadə edin", - deyə portalda bildirilir.

Qeyd edək ki, 2003-cü ildə istifadəyə verilən "Skype" platforması 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb. 2017-ci ildə "Microsoft" "Skype"a bənzər "Teams" platformasını istifadəyə verib.

"Microsoft" hazırda bu mövzu ilə bağlı şərh verməkdən imtina edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026