Bu ilin fevralın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 45 milyard 564,3 milyon manat təşkil edib.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2 % az, 2024-cü ilin eyni dövrünə nisbətən 1,5 % çoxdur.
O cümlədən, manatla pul kütləsinin (M2 aqreqatı) həcmi bu ilin fevralın 1-nə 34 milyard 752,2 milyon manat təşkil edib. Bu, aylıq göstəricidən 5,2 % az, 2024-cü ilin eyni dövrünə nisbətən 1,5 % çoxdur.
Hesabat dövrünə M1 pul aqreqatı 27 milyard 630,4 milyon manat olub ki, bu da, aylıq müqayisədə 6,8 %, 2024-cü ilin eyni dövrünə nisbətən 4 % azdır.
2025-ci ilin fevralın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15 milyard 285,3 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 3,6 %, ötən ilin eyni dövrünə nisbətən 0,9 % azdır.