• Bakı 12° C

    12.74 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Şuşada 10 yeni bina tikilir - VİDEO - FOTOLAR

İQTİSADİYYAT

29 Mart 2025 | 11:52

Şuşada 10 yeni bina tikilir - VİDEO - FOTOLAR

Şuşa şəhərində 10 yeni bina inşa olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini Vüqar Məhərrəmov bildirib.

Onun sözlərinə görə, yeni binalar Şuşada Qarabağ küçəsində sovet dövründə inşa edilmiş köhnə binalar sökülərək inşa olunur: “Onların yerində çox gözəl memarlıq üslubunda binalar tikilir. Bu binalar dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa olunur. 10 ədəd binadır, onlardan ikisinin sifarişçisi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, digər 8-i isə investorlardır. Binalar hotel tipli, apart hotel tipli, ofis binaları, qeyri-yaşayış məkanları və restoran-kafe kimi fəaliyyət göstərəcək”.

V. Məhərrəmov qeyd edib ki, binaların tikintisində Şuşa daşlarından istifadə olunub. Binalar Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılıb.

Daha ətraflı süjetdə:


SON XƏBƏRLƏR