• Bakı 12° C

    16.16 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Bu məhsullar UCUZLAŞDI

İQTİSADİYYAT

27 Aprel 2025 | 09:33

Bu məhsullar UCUZLAŞDI

Paytaxt bazarlarında bəzi məhsulların qiymətində enmə müşahidə edilir.

Bakıvaxtı.az xəbər verir ki, ötən həftə kiloqramı 5 manata satılan Qazax və Şəmkir pomidoru bu gün 3 manat 50 qəpiyə təklif edilirdi. Amma ötən ilin eyni dövrü bu məhsullar daha ucuz idi. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan ucuz xiyar tapmaq mümkün deyil.

Həm satıcılar, həm də alıcılar ötən illə müqayisədə tərəvəzlərin qiymətində iki-üç dəfə artım olduğunu deyirlər.

Alıcılar arasında qiymətdən razı qalanlar da, gileylənənlər də var.

Kartofun kiloqramı isə 1,5-2 manat arasında dəyişir. Yenisi 4 manatdır. Soğan bazarda 80 qəpik -1 manata, göyərtinin 1 dəsti 10 qəpiyə, bibərin ədədi 30 qəpiyə, kiloqramı isə 2 manata təklif olunur.

Satıcılar deyirlər ki, havalar istiləşdikcə, qiymətlərdə enmə müşahidə olunur. / Xəzər TV


SON XƏBƏRLƏR

26 Aprel 2025