• Bakı 11° C

    13.08 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı

İQTİSADİYYAT

28 Aprel 2025 | 10:51

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı

Azərbaycanın bu il aprelin 1-nə 26 milyard 615,2 milyon manat təşkil etmiş daxili dövlət borcunun 8 milyard 847,6 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 153,7 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 16 %-i 1 illik, 73,8 %-i 2 və 3 illik, 10,2 %-i isə 5 il və daha artıq müddətli olub.

Dekabrın sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,33 il təşkil edib. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilə qədər) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin aşağı düşməsinə səbəb olub.


SON XƏBƏRLƏR