• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Daha 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib

İQTİSADİYYAT

27 May 2025 | 17:45

Daha 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 8 lot üzrə 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələri və texnikaya ümumilikdə 37 sifariş qəbul edilib. Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 14 000 manat olan “BMW 740 Li” markalı avtomobil 19 100 manata, 14 400 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi isə 21 100 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/tu8h0 linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 3, 10, 11, 18 və 24 iyunda keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi və 81 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclara iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.


SON XƏBƏRLƏR

27 May 2025