• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan-Özbəkistan biznes forumu keçiriləcək

İQTİSADİYYAT

26 Iyun 2025 | 17:16 | Müəllif: Gülşən Şərif

Azərbaycan-Özbəkistan biznes forumu keçiriləcək

İyulun 2-də Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, forumda Azərbaycan və Özbəkistanın iqtisadi potensialının təqdim edilməsi, eləcə də qarşılıqlı investisiya imkanları barədə məlumat veriləcəyi gözlənilir.

İştirakçılar iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün perspektivli istiqamətləri müzakirə edəcəklər.

Tədbirdə dövlət qurumları və işgüzar dairələrin nümayəndələri (G2B), eləcə də hər iki ölkənin sahibkarları (B2B) arasında danışıqlar aparılacaq.

Təşkilatçılar qeyd edirlər ki, forum işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsi və birgə layihələrin müzakirəsi üçün səmərəli platformaya çevriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026