• Bakı 34° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Azərbaycandakı kredit ittifaqlarının zərəri kəskin azalıb

İQTİSADİYYAT

25 Iyul 2025 | 11:02

Azərbaycandakı kredit ittifaqlarının zərəri kəskin azalıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,03 milyon manat zərərlə başa vurub.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 24 dəfə azdır.

Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,21 milyon manat (0,8 % çox), xərcləri 0,69 milyon manat (1,4 % az), xüsusi ehtiyatlara ayırmaları isə 0,54 milyon manat (45 % az) təşkil edib.

Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur. Bunun 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1,9 % böyüyüb.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 21,2 % azalaraq 2,6 milyon manat, balans kapitalı isə 11 % artaraq 10,1 milyon manat, o cümlədən nizamnamə kapitalı 4 % azalaraq 7,2 milyon manat olub.


SON XƏBƏRLƏR

25 Iyul 2025