Bu ilin ilk 7 ayında Azərbaycan 131 milyon 109.26 min ABŞ dolları dəyərində pambıq ixrac edib.
Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.15 % azdır.
Hesabat dövründə Azərbaycandan pambıq idxalının dəyəri isə 5 milyon 664.03 min ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 14.65% çoxdur.
Yanvar-iyul aylarında pambıq üzrə idxal Azərbaycanın ümumi idxalının 0,04 %-ni, ixrac isə ümumi ixracın 0,86 %-ni təşkil edib.