• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Aksiz vergisi üzrə daxilolmalar 7 % artıb

İQTİSADİYYAT

27 May 2025 | 14:19

Aksiz vergisi üzrə daxilolmalar 7 % artıb

2024-cü ildə Azərbaycanda aksiz vergisi üzrə daxilolmalar 1 milyard 553 milyon manat proqnoza qarşı icra 1 milyard 555,7 milyon manat (2,7 milyon manat və yaxud 0,2 % çox), 2023-cü il müqayisədə isə 103,5 milyon manat və yaxud 7,1 % çox icra olunub.

Bakıvaxtı.az bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, aksizlər üzrə daxil olan vəsaitin 86,9 %-i və yaxud 1 351,3 milyon manatı ölkədaxili əməliyyatlar üzrə aksiz vergisinin, 13,1 %-i və yaxud 204,4 milyon manatı isə gömrük orqanlarının payına düşüb.

Ölkə daxili əməliyyatlar üzrə aksizlər 1 milyard 368 milyon manat proqnoza qarşı icra 1 milyard 351,3 milyon manat və yaxud 16,7 milyon manat (1,2 %) az, 2023-cü illə müqayisədə isə 123,4 milyon manat (10 %) çox olub. Daxil olan vəsaitin 49,9 %-i və ya 674 milyon manatı neft-qaz, 50,1 %-i və yaxud 677,3 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb.

Neft-qaz sektoru üzrə aksizlər 698 milyon manat proqnoza qarşı icra 674 milyon manat və yaxud nəzərdə tutulduğundan 24 milyon manat (3,4 %) az, 2023-cü illə müqayisədə isə 4,6 milyon manat (0,7 %) çoxdur. Neft-qaz sektoru üzrə kəsrlə icra ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının həcminin proqnozlaşdırılandan az olması ilə əlaqədar olub.

Qeyri-neft-qaz sektoru üzrə aksizlərdən 670 milyon manat proqnoza qarşı daxilolma 677,3 milyon manat və yaxud nəzərdə tutulduğundan 7,3 milyon manat (1,1 %), 2023-cü illə müqayisədə 118,8 milyon manat (21,3 %) çox olub.

Qeyri-neft-qaz sektoru üzrə aksiz vergisinin 2023-cü illə müqayisədə artması əsasən tütün məmulatları üzrə daxilolmaların artması ilə əlaqədar olub ki, bu da tütün məmulatlarının istehsalının 2023-cü illə müqayisədə 4,1 % artması və qanunvericilikdə edilmiş dəyişikliklərə uyğun olaraq aksiz vergisinin ödənilməsinin aksiz markalarının alınması zamanı həyata keçirilməsi ilə əlaqədardır.


SON XƏBƏRLƏR

27 May 2025