Bu ilin yanvar-may ayları nda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azalaraq 807,6 min nəfər olub.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 36,5 faizi Türkiyəyə, 16,4 faizi Rusiyaya, 11 faizi Gürcüstana, 11 faizi İrana, 25,1 faizi digər ölkələrə səfər edib, 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 27,3 faiz, Gürcüstana gedənlərin sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,2 faiz, Rusiyaya gedənlərin sayı isə 25,3 faiz azalıb.
Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,8 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.