Bu ilin yanvar-iyun aylarında 16 sığorta şirkətinin xətti ilə 817,048 milyon manat sığorta haqqı toplanılıb.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz çoxdur.
Birinci yarımildə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 432,198 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 21,2 faiz çoxdur.