• Bakı 27° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Şəkər və qənnadı məhsullarının ixracı kəskin artıb

İQTİSADİYYAT

23 Avqust 2025 | 14:06

Şəkər və qənnadı məhsullarının ixracı kəskin artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 31 milyon 819 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib.

Bakıvaxtı.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 56,7 faiz artıb.

Hesabat dövründə xaricdən Azərbaycana 150 milyon 874.73 min ABŞ dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətdə təxminən 0,7 faiz artım deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ümumi ixracın 0,21 faizini, idxal isə ümumi idxalın 1,11 faizini təşkil edib.


SON XƏBƏRLƏR

22 Avqust 2025