• Bakı 25° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Rusiya dondurulmuş 10 milyard avronu itirdi

İQTİSADİYYAT

23 Avqust 2025 | 14:25

Rusiya dondurulmuş 10 milyard avronu itirdi

Avropa İttifaqı (Aİ) 2025-ci ilin ilk 7 ayı ərzində Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərindən Ukraynaya 10,1 milyard avro köçürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatlarında qeyd olunub. 

Məlumata görə, Brüssel bu vəsaitləri hərbi və mülki layihələri maliyyələşdirmək üçün istifadə edir. Mart, may, iyun və iyul aylarında Ukrayna hökuməti Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətdən hər biri 1 milyard avro, yanvarda 3 milyard avro, apreldə isə 3,1 milyard avro əldə edib.

Bəzi siyasətçilər iddia edirlər ki, Kiyev təkcə faizlərə deyil, bütün Rusiya fondlarına çıxış əldə etməlidir. Lakin iqtisadçılar belə bir addımın maliyyə sistemi üçün dağıdıcı nəticələri barədə xəbərdarlıq edirlər.


SON XƏBƏRLƏR