• Bakı 27° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Azərbaycana Çindən turist axını iyunda 76 % artıb

İQTİSADİYYAT

24 Iyul 2025 | 14:57

Azərbaycana Çindən turist axını iyunda 76 % artıb

Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır.

Bakıvaxtı.az bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (40 326, + 5 %) nəfər), 3-cü yerdə isə İran (15 297 nəfər, – 11 %) qərarlaşıb.

Bundan başqa, ay ərzində Səudiyyə Ərəbistandan 10,3 min (- 29 %), Qazaxıstandan 9,9 min (+ 11 %), Hindistandan 9,9 min (- 65 %), Gürcüstandan 8 min (- 10 %), Pakistandan 7,9 min (+ 4 %), Çindən 7,2 min (+ 76 %), Özbəksitandan 5 min (+ 17 %), İsraildən 3,4 min (- 18 %) ,Ukraynadan 3,3 min (- %), Cənubi Koreyadan 3 min ( + 4 %), ABŞ-dən 2,9 min (+ 22 %), Türkmənistandan 2,7 min (+ 12 % ) turist gəlib.


SON XƏBƏRLƏR

25 Iyul 2025