Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 783 borcalana 3,547 milyard manat kredit verilib.
Bakıvaxtı.az İKZF-ə istinadən xəbər verir ki, həmçinin zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.
7 278 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.