• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Azərbaycanda elektrik və hibrid mühərrikli avtomobillərin sayı açıqlanıb

İQTİSADİYYAT

27 May 2025 | 16:08

Azərbaycanda elektrik və hibrid mühərrikli avtomobillərin sayı açıqlanıb

Hazırda Azərbaycanda 6 974 ədəd elektrik mühərrikli, 83 351 ədəd isə hibrid mühərrikli nəqliyyat vasitəsi var.

Bakıvaxtı.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov bakıda “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə bildirib.

Onun sözlərinə görə, dövlət qeydiyyatında olan ekoloji təmiz, elektrik və hibrid mühərrikli avtomobillər ümumi nəqliyyat vasitələrinin 4,7 %-ni təşkil edir: "Hazırda ölkədə qeydiyyata alınmış ümumi nəqliyyat vasitələrin sayı 1 909 873 ədəd, o cümlədən Bakıda 804 223 ədəddir. Paytaxtda 5 812 ədəd elektrik mühərrikli, 57 530 ədəd isə hibrid mühərrikli nəqliyyat vasitəsi var. Təkcə bu il ilkin qeydiyyatı alınan ümumi nəqliyyat vasitələrinin 40 %-i hibrid və elektrik mühərrikli nəqliyyat vasitələri olub. 2023-cü il ildən bəri dövlət qeydiyyatını alınan elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı iki dəfə artıb”.


SON XƏBƏRLƏR