2024-cü ildə Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə daxilolmalar 209 milyon manat proqnoza qarşı icra 112,1 milyon manat (96,9 milyon manat və yaxud 90 % az) icra olunub.
Bakıvaxtı.az bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, proqnozdan az icra təbii qazın və dizel yanacağının ixracının nəzərdə tutulandan az olması ilə əlaqədardır. Belə ki, 2024-cü il üzrə təsdiq edilmiş YEB təbii qaz üzrə 3519,1 milyon m3, dizel yanacağı üzrə 389,0 min ton nəzərdə tutulmasına baxmayaraq faktiki icra müvafiq olaraq 527,8 milyon m3 və yaxud 2 milyard 991,3 milyon m3, 236,2 min ton az və yaxud 152,8 min ton təşkil edib.