Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“28 may 1918-cı ildə Azərbaycan müstəqilliyini əldə etməklə Şərqin ilk demokratik respublikasını qurdu. Bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd etməyə çox şadam. Müstəqilliyiniz əbədi olsun! Bir kərə yüksələn bayraq bir daha enməz”, - səfir yazıb.