• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Zaxarova Azərbaycana təşəkkür edib

SİYASƏT

26 Iyun 2025 | 17:08 | Müəllif: Gülşən Şərif

Zaxarova Azərbaycana təşəkkür edib

İyunun 14-dən indiyədək İrandan Azərbaycan, Ermənistan və Türkmənistan vasitəsilə 900-ə yaxın Rusiya vətəndaşı təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN sözçüsü vəziyyətin gərginləşdiyi bir vaxtda rusiyalılarım İran və İsraili tərk etməsinə şərait yaradan ölkələrə, o cümlədən Azərbaycana bir daha təşəkkür edib.

Qeyd edək ki, İsrailin İrana raket hücumları başlayandan bu ölkədə olan Rusiya vətəndaşlarının əksəriyyəti Azərbaycanın İranla sərhəddəki “Astara” sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026